“Karabakh Group” inşaat şirkəti olaraq, sevinc hissi ilə yeni “Brand-book”umuzu sizə təqdim edirik və öz lahiyələrini bizə etibar edən bütün şirkətlərə təşəkkür edirik. Sizin etimadınız bizim hər zaman bünövrəmiz olub və qürur hissi ilə deyə bilərik ki, Sizə daha keyfiyyətli xidmət bəxş etmək üçün Biz yeniləndik! Nəzərinizə çatdırmaq istərdik ki, “Brand-book”un dizaynında istifadə olunan element Şuşa şəhərinin Qapan meydanında yerləşən Aşağı Gövhər ağa məcidinin üzərindəki memari naxışdan ilhamlanaraq yaradılmışdır.